• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün5019
mod_vvisit_counterDünən1304
mod_vvisit_counterBu həftə9204
mod_vvisit_counterBu ay41536
mod_vvisit_counterÜmumi2508801

Tarix: 25 Apr., 2024

Dərnək üzvləri arasında sərgi-müsabiqə keçirilib

Uşaq-Gənclər Yaradıcılıq mərkəzlərinin dərnək üzvləri arasında ebru sənəti üzrə “Su üzərində naxış” mövzusunda sərgi-müsabiqə keçirilib.

Müsabiqəni giriş sözü ilə açan Təhsil nazirinin  müavini Heyran Əhmədova tədbirin məqsədindən danışaraq qeyd edib ki, fərqli, maraqlı, insanların zövqünü oxşayan və incəsənətin bir növü olan, bu günə kimi də yaşadılan Ebru sənəti muxtar respublikamızda da maraqdoğuran sahələrdən birinə çevrilib.

Təhsilə göstərilən dövlət qayğısının nəticəsidir ki, ümumtəhsil müəssisələri ilə yanaşı məktəbdənkənar təhsil müəssisələrində uşaqların asudə vaxtlarının səmərəli təşkili, onların istedad və bacarıqlarının üzə çıxarılması, yaradıcılıq qabiliyyətlərinin genişləndirilməsi üçün zəruri şərait yaradılıb. 2019-cu ilin oktyabr ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq Mərkəzində yeni yaradılan innovativ dərnəklər içərisində Ebru sənəti dərnəyi də yer alıb. Dövlətimizin qayğısı ilə unudulmaqda olan bu sənətin uşaqlara tədris edilməsi üçün hər cür şərait yaradılıb.

Vurğulanıb ki, Ebru ilə bağlı keçirilən bu cür sərgi və müsabiqələr istedadlı uşaqların əl işlərindən ibarət sənət nümunələrinin sərgilənməsi ilə yanaşı milli dəyərlərimizin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Sonra Təhsil Nazirliyi Aparatının sektor müdiri Murad Babayev çıxış edərək bildirmişdir ki, uşaqlarda səbr və özünü dinləyəbilmə bacarığı, özünü yenidən kəşfetmə və özünə inam, diqqət dağınıqlığını bərpa etmə kimi yüksək keyfiyyətləri özündə birləşdirən ebru sənəti incəsənətin ən maraqlı, əsrarəngiz və heyrətamiz sahələrindən biridir. Ebru sənəti əslində rənglərin su ilə rəqsindən yaranan bir ahəngdir.  Ebru sənəti ilə bağlı məşğələlər şagirdlərdə xüsusi maraq yaradır və məşğələlərdə böyük həvəslə iştirak edirlər.

Müsabiqənin şərtlərindən danışan Murad Babayev qeyd etmişdir ki, dərnək üzvlərinin su üzərində çəkdikləri maraqlı əl işləri münsiflər heyəti tərəfindən qiymətləndiriləcək, nəticələrə görə          1-I yer, 2-II yer, 3-III yer müəyyən olunacaqdır.

Sonra Ebru sənəti dərnəyinin üzvləri düşüncələrini əvvəlcə suyun üzərində rəngbərəng naxışlarla, rəsmlərlə çəkib, sonra isə kağızı suyun üzərinə qoymaqla rəsmləri olduğu kimi kağızın üzərinə köçürüblər.

Sonda isə yer tutan və müsabiqədə fəal iştirak edən dərnək üzvlərinə Təhsil Nazirliyinin diplomları təqdim edilib, əl işlərindən ibarət sərgiyə baxış olub.

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg